Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


20.11.2023  18:20 

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur - Foto





A+  A-

“Nar” 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar Bakı, Lənkəran və Şəkidə təşkil olunan maarifləndirmə kampaniyasına qoşulub.

“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın təşkilatçılığı ilə keçirilən kampaniya 300 şagirdi və ümumi ictimaiyyəti əhatə edib. Əsas məqsəd həmin regionlarda təhsil mühiti vasitəsilə məktəblilərin hüquqları barədə məlumatlılığının artırılmasıdır.

Təşəbbüs çərçivəsində Lənkəran və Şəkidə uşaqların problemlərinə dair sosial teatr tamaşaları nümayiş edilib və interaktiv müzakirələr keçirilib. Bakıda isə uşaqların da iştirakı ilə uşaq hüquqlarına dair Debat Forum təşkil edilib.

Qeyd edək ki, “Nar”-ın əsas Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətlərindən biri də elm və təhsilin inkişafına yönəlib. Mobil operatorun Ümumdünya Uşaq Hüquqları Gününün təşviqinə dəstəyi gənc nəslin sağlam inkişafı üçün sarsılmaz öhdəliyini vurğulayır. Bu çərçivədə “Nar”ın reallaşdırdığı KSM layihələri haqqında daha ətraflı: nar.az/projects

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.








Xəbər 2611 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +