Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


17.11.2023  15:52 

Samir Rzayev Milli Məclisdə tənqid olunmasını niyə istəmir?





A+  A-

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti vəzifəsini icra edən Samir Rzayev Milli Məclisdə tənqid olunmasını istəmir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya millət vəkillərindən biri bildirib.

Həmin deputatın sözlərinə görə, AZAL-ın yeni rəhbəri bir qrup həmkarına müraciət edərək, AZAL-la bağlı tənqid səsləndirməmələrini onlardan xahiş edib.

“Bildirir ki, məni tənqid etməyin, təyyarə bileti qiymətləri endirmək üçün ciddi çalışmalarım var” deyə həmin deputat əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Samir Rzayev AZAL-ın qənaət etdiyi pullarla ilk dəfə öz hesabına yeni təyyarə aldığını da onların diqqətinə çatdırıb.

“Ümid edək ki, Samir Rzayev bilet qiymətləri ilə bağlı çalışmalarında müsbət nəticə əldə edəcək”.

Xəbər 2780 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +