Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


18.01.2023  17:20 

“Narkotiki evimə polis qoyub” - Bəraət alan şəxs





A+  A-

1.5 kiloqramdan artıq narkotik ittihamı ilə bir ildir həbsdə saxlanılan Emin Zeynalov bəraət alaraq azadlığa çıxıb.

XəzərNews.az Azadlıq Radiosunun Azərbaycan xidmətinə istinadən xəbər verir ki, yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarılıb.

Məlumata görə, 38-yaşlı E.Zeynalov ali təhsillidir, audit təşkilatında işləyib. Məhkəmədə bildirib ki, narkotik istifadəçisi olub, buna görə də çox peşmandır. Lakin heç vaxt narkotikin satışı ilə məşğul olmayıb.

İttihama əsasən, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları onun üstündən, ardınca da evindən ümumilikdə 1 kiloqram 660 qram narkotik tapıblar.

Zeynalov isə deyib ki, bunlar yalandır, üstündən və evindən tapıldığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, həmin narkotik maddəni polis əməkdaşlarının özləri qoyub, sonra da ondan aşkarlanmış kimi təqdim ediblər. O, həmçinin tutularkən Nərimanov Rayon Polis İdarəsində təzyiqlərə məruz qaldığını, döyüldüyünü də vurğulayıb.

Yanvarın 18-də hökmdən öncə son sözündə Zeynalov narkotik istifadə etdiyinə görə peşman olduğunu bir daha dilə gətirib və məhkəmədən narkotik satışı ittihamı üzrə ona bəraət verilməsini istəyib.

Qeyd edilib ki, Emin Zeynalov həbs olunduğu ilk günlərdə - 2022-ci ilin fevralında Daxili İşlər Nazirliyi açıqlama yayıb ki, ondan 1 kiloqram 660 qram heroin tapılıb.

Xəbər 2693 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +