Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


09.01.2023  17:35 

Səlim Müslümovun cinayət işi : 27 milyon mənimsəmə





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iş üzrə hər hansı bir vəsatətlərinin olmadığını bildiriblər.

Məhkəmədə bildirilib ki, istintaqda ümumilikdə 27 milyon mənimsəmə və israfetmə faktı qeydə alınıb.

Qeyd olunub ki, cinayət işində adı keçən bəzi fərdi tikinti işləri ilə məşğul olan şirkətlər iş görən zaman mənimsəmə hallarına yol veriblər, onlar ümumilikdə 7 milyon mənimsəyiblər.

Bununla bağlı istintaq orqanı tərəfindən ayrıca iş açılıb. Həmin istintaq zamanı bu günə qədər dövlətə dəymiş ziyanın 1 milyon 500 min manat təşkil edən hissəsi ödənilib.

Səlim Müslümov isə özü tərəfindən dövlətə dəymiş bütün ziyanı - 20 milyon manatı ödəyib.

Prosesdə dövlət ittihamçısı istintaqın yekunlaşdırılmasına dair fikirlərini bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib./Report



Xəbər 2860 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +