Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


21.11.2022  10:53 

BNA, sürücü “zor” elədimi?





A+  A-

Tanınmış jurnalist Elşad Paşasoy dayanacaqda Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan 40 saylı marşrut avtobus sürücüsünün tərbiyəsiz hərəkətlərindən yazıb.

XəzərNews.az jurnalist E.Paşasoyun statusunu olduğu kimi təqdim edir:

- 25 dəqiqədən sonra gələn avtobus sürücüsü “sizdə interval neçə dəqiqədir” - sualına ikinci sualdan sonra saymazyana “bilmirəm” deyib, enerji içkisini başına çəkir.

Bitirəndən sonra boş qabı dayanacağın qarşısına çırpır, şaqqıltısından bütün sərnişinlər diksinir. “Ay sürücü, o tullantını niyə ora atdın” - sualına iki dəfə “zor elədim” cavabını verir!

Hamı şokda!

Bəs BNA?

Bəs 40 saylı marşrut şirkətinin rəhbərliyi?

Bəs…???

Bu özbaşınalıqlara nə vaxt son qoyulacaq?

Avtobusda iynə atsan, yerə düşməz, gecikmə səbəbindən. Camaat dözür, indi də sərnişinləri belə təhqir etdirirsiniz?!

Şübhəsi olan varsa, dayanacağın yerini deyim, enerji içkisinin qabını da yerindəcə görsünlər, sürücünü çətin ki, müayinəyə aparsınlar.

Əlbəttə, jurnalist haqlıdır. Təəssüf ki, təkcə 40 saylı marşrut deyil, Bakının kənd və qəsəbələrinə işləyən bütün marşrutlar və onların əksər sürücüləri bu gündədir. Baxan yoxdur, çox az sayda sərnişinlər narazılıq edəndə isə davaya çıxırlar.

Baxın, bu ölkədə hər kəsi manqurtlaşdırıblar. Sərnişin sürücüdən belə haqqını tələb edə bilmir, məmurdan necə tələb edəcək?

Yusif
XəzərNews.az


Xəbər 2513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +