Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


17.06.2022  15:23 

“Qiymətlər arta-arta gedir, bu nə biabırçılıqdır?” - Deputat





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli aviabiletlərin qiymətlərinin çox yüksək olmasından şikayət edib.

XəzərNews.az xəbər verir ki, o, region ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin bir neçə dəfə artıq olduğunu bildirib:

“Naxçıvana biletlərin qiyməti artdı. Yanacağını dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir.

Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı otuzdurmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda otuzdurdular. İndi ər-arvad gedəndə onlar yanaşı otuzdurmaq üçün pul alacaqlar?

Söz deyəndə deyirlər ki, kommersiyadır. İstəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır?

Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Baxsınlar dünyaya, regiona, xalqın şəraitinə”.

Xəbər 3142 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +