Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


03.12.2021  14:45 

Bu günə qədər 1307 nəfərə amnistiya tətbiq olunub





A+  A-

Noyabrın 5-dən dekabrın 3-dək amnistiya aktı Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə tətbiq olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Akşin Ziyadov məlumat verib.

O bildirib ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli qərarının icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib. Onlardan 161 nəfəri qadın, 1 nəfəri yetkinlik yaşına çatmayan, 84 nəfəri 60 yaşına çatmış, 2 nəfəri Vətən müharibəsində iştirak etmiş məhkumlardır.

Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilmiş məhkumlardır.

Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq, onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 məhkumun isə cəza müddəti 1 il azaldılıb.

Qeyd edək ki, noyabrın 5-də qüvvəyə minmiş amnistiya aktının icrasının dörd ay müddətində təmin edilməsi nəzərdə tutulub.

Xəbər 3114 dəfə oxunub.




12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +