MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib


08.10.2021  21:46 

Qəndin ağardılmasında mənşəyi məlum olmayan maddədən istifadə edilib





A+  A-

Gəncə şəhərində Dədə Qorqud küçəsi, ev 87 ünvanında fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

XəzərNews Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Yoxlama zamanı qəndin ağardılmasında qida sahəsində istifadəsi nəzərdə tutulmayan, kəskin qoxuya malik mənşəyi məlum olmayan ağardıcı maddədən istifadə edildiyi, satış nöqtələrindən geri qaytarılmış, yararlılıq müddəti bitmiş marmelad məhsulunun yenidən əridilərək emal edildiyi və məhsulların etiketlənməsi zamanı istehsal tarixinin dəyişdirildiyi aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər 3976 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +