Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


02.10.2021  17:00 

Telman İsmayılov siyasi sığınacaq istədi





A+  A-

Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə dünən Podqoritsa şəhərində saxlanılan azərbaycanlı milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib.

Bu barədə "Vijesti" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.
Nəşr qeyd edib ki, T. İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəyib: "Buna görə də onun Rusiya Federasiyasına verilməsi sual altında olacaq ".

Podqoritsa məhkəməsi isə oktyabrın 2-də Telman İsmayılov barədə həbs qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib. Bu barədə Telman İsmayılovun vəkili bildirib: "Bu gün məhkəmə qərarı ilə o, həbsdə saxlanıldı, yerli vəkillər qərardan apellyasiya şikayəti verdilər, ümid edirəm, gələn həftə bu qərar dəyişdiriləcək və bir aydan gec olmayaraq onun ekstradisiyası ilə bağlı qərar veriləcək".

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.

İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib./APA/

Xəbər 4518 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +