Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


07.05.2021  13:11 

Yevlaxın icra başçısının imarətində müəmmalı intihar





A+  A-

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.
XəzərNews.az-ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Daxil olan məlumata görə, icra başçısı hüquq - mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.

Müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır. Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib.

Qeyd edək ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. O, Yevlaxın icra başçısı təyin olunana qədər Nəsimi icra başçısının müavini vəzifəsində çalışıb.

Xəbər 5251 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +