Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


15.04.2021  19:17 

ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək





A+  A-

ABŞ Prezidenti Co Bayden kiberhücum cəhdi və president seçkilərinə müdaxilə ilə əlaqəsi olan 10 rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi isə Rusiya iqtisadiyyatını hədəf alan bir sıra sanksiya qərarını açıqlayıb.

Diplomatların deportasiyası və sanksiyalar ABŞ-ın “SolarWinds” kiberhücum cəhdi səbəbindən Kremlə qarşı ilk həmləsi olmaq xüsusiliyinə malikdir.

Qeyd edək ki, Rusiya ilə əlaqəli olduğundan şübhələnilən kompüter hakerlərinin ötən ilin dekabrında “SolarWinds” adlı proqram təminatı şəbəkə və sistem infrastrukturunu idarə edən bir proqram təminatına yerləşdirdikləri kodlarla aralarında ABŞ Xəzinə Nazirliyi, Ticarət Nazirliyi və Ədliyyə Nazirliyinin də olduğu çox sayda federal qurumun kompüter sistemlərinə sızdığı üzə çıxmışdı.

ABŞ administrasiyası buna görə Rusiyanı ittiham etmişdi.

Xəbər 3157 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +