Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


01.04.2021  14:21 

Gürcüstan Baş nazirindən qalmaqallı səfərlə bağlı açıqlama





A+  A-

Baş nazir İrakli Qaribaşvili məşhur rus jurnalist Vladimir Pozner və dostlarının Gürcüstana səfərinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, o, hökumətin bu gün keçirdiyi iclasda Poznerin ölkə qanunlarına uyğun olaraq Tbilisiyə gəldiyini açıqlayıb.

“Vladimir Pozner ABŞ vətəndaşıdır, “İşğal olunmuş ərazilər haqqında” qanunu pozmayıb. Tez-tez ABŞ vətəndaşı pasportu ilə Gürcüstanı ziyarət edir. Bu isə xüsusi səfər idi. Özünün və yanında olanların “COVID-19” pasportları və mənfi PCR nəticələri var idi. Hər şey qanun çərçivəsində idi”,- deyə Qaribaşvili qeyd edib.

Eyni zamanda, Baş nazir baş verən hadisədə müxalif “Milli Hərəkat” partiyasının əli olduğunu iddia edib, həmçinin Saakaşvilini də vəziyyətdən sui-istifadə etməkdə ittiham edib.

“Bir qrup vətəndaşımız etiraz qərarına gəlib. Ölkənin ən destruktiv qüvvəsi “Milli Hərəkat” bundan istifadə edərək hadisəni öz gündəliyinə saldı. Bu dəfə Saakaşvilinin hədəfi təxribat yaratmaq və ölkəmizə maksimum ziyan vurmaqla Gürcüstanın beynəlxalq imicini zəiflətməkdir. Və bu dəfə bütün bunları ölkəmizin turizmə qismən açılması fonunda etdilər” ,- deyə o əlavə edib.

Qeyd edək ki, Gürcüstanda qüvvədə olan “İşğal olunmuş ərazilər haqqında” qanuna görə, rəsmi Tbilisinin icazəsi olmadan Abxaziya və Cənubi Osetiyaya səfər etmək qanunsuzdur. Bu adddım böyük miqdarda cərimə və ya dörd ilə qədər həbs cəzası ilə cəzalandırılır.

Xəbər 3179 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +