Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


19.12.2020  12:48 

DİN karantin postlarındakı vəziyyəti açıqladı





A+  A-

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, dekabrın 18-də həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1921 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2655 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub:

"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk".

Xəbər 4106 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +