Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


30.08.2020  18:45 

Xəzər rayonunda əl qumbaraları aşkar edildi





A+  A-

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) paytaxtın Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində 3 ədəd əl qumbarasının tapılması məlumat daxil olub.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata əsasən, Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd əl qumbarası (partladıcısız), 5 ədəd UZRQM partladıcısı və 59 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında ətrafında 800 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər 3360 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +