Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


25.08.2020  09:16 

Qara kişmişin faydaları





A+  A-

Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq olduğunu mütəxəssislər də təsdiq edirlər.
XəzərNews.az tibbi saytlara istinadla xəbər verir ki, kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığını aradan qaldırır. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.

Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.

Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə malikdir. Həmçinin qan zəhərlənməsi zamanı metobolik vəziyyəti sakitləşdirir. Mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.

Xəbər 3483 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +