Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


12.08.2020  14:22 

“Payız-qış aylarında pnevmoniya arta bilər“ - TƏBİB rəsmisi





A+  A-

“Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatına görə, payız-qış aylarında xəstəlik daha yüksək həddə çata bilər. Yeni bir dalğanın yayılması təhlükəsi də var. Lakin bu bir faktdır ki, qapalı məkanlarda xəstəliyin yayılma ehtimalı daha yüksək olur. Hava soyuyanda insanlar qapalı məkanlarda olduğundan ara məsafəsi minimuma enir, təmas çoxalır. Bundan başqa, payız-qış mövsümündə digər respirator infeksiyaların da yayılma ehtimalı artır".
XəzərNews.az xəbər verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O azərtac-a bildirib ki, həmin mövsümdə COVID-19-a bənzər və digər virus infeksiyaları da koronavirus infeksiyası kimi əlamət verə və bu zaman həmin xəstələr stasionar şəraitdə müalicə oluna bilərlər:

"Onlarda miks infeksion xəstəliklərin də baş qaldırması mümkündür. Belə olanda virusları bir-birindən differansiativ olaraq ayırmağa ehtiyac yaranır. Yəni, başqa virus infeksiyalarının təkanı nəticəsində ağciyər pnevmoniyaları yarana bilər ki, bunların da fonunda ağciyər infeksiyaları, pnevmoniya arta bilər. Bu baxımdan payız-qış ayları hər zaman riskli aylardır. Ona görə də yoluxma sayının azalmağa doğru getməsi qətiyyən rahatlıq yaratmamalı və necə deyərlər, kəmərlər boşaldılmamalıdır. Çünki yoluxma sayının yenidən artması xəstəxanalarda sıxlığın yaranmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə aparıb çıxarar. İndiki halda ən mühüm vəzifə yoluxma hallarını minimuma endirməkdən ibarətdir”.

Xəbər 3929 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +