Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


09.07.2020  18:16 

Daha 3 ölkə karantin rejimini uzatdı





A+  A-

Məlum olduğu kimi, koronavirusa (COVID-19) yoluxma və ölüm faktları yenidən bir neçə ölkədə artmağa başlayıb. Bununla əlaqədar olaraq, bəzi ölkələr karantin rejimini uzatmaq haqda qərar qəbul ediblər.
XəzərNews.az xəbər verir ki, yoluxma statistikasında nəzərəçarpan artımlara görə, Bolqarıstan, Kolumbiya və İspaniyanın şimal şərqində yerləşən Kataloniyada da karantin rejimi uzadılıb.

Bolqarıstan hakimiyyəti fövqəladə vəziyyət rejimini iyul ayının sonuna qədər uzadıb. Səhiyyə naziri Kirill Ananyevin sözlərinə görə, yaxın günlərdə Bolqarıstana girişinə icazə veriləcək ölkələrin siyahısı təsdiqlənəcək. Həmin ölkələrdən gələn vətəndaşlar 14 günlük karantində qalacaqlar.

Kolumbiya isə karantin rejimini avqustun 1-dək uzatmaq qərarına gəlib. Bunu ölkə rəhbəri İvan Duke bəyan edib.

Kataloniyanın qərbində yerləşən, 210 min əhalisi olan Serqiya bölgəsində yoluxma hallarında kəskin artımların müşahidə olunduğu üçün karantin rejimi müddətsiz uzadılıb. Belə ki, bölgəyə yalnız iş səbəbinə görə giriş-çıxışa icazə verilir.

Bütün kütləvi tədbirlər ləğv edilib, 10 nəfərdən insan bir araya gələ bilməz. Yaşlı insanlara evdə qalmaları tövsiyə edilib, qocalar evləri isə müvəqqəti olaraq bağlanıb.

Xəbər 3833 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +