Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


29.05.2020  21:48 

Bu obyektlər ciddi nəzarətə götürüləcək





A+  A-

"Restoranlarda masa ətrafında məsafəni qorumaqla 10 nəfərdən artıq toplanmaq qadağandır".
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, buna görə həm iaşə obyektlərinin rəhbərliyi, həm də müştərilər hüquqi məsuliyyət daşıyır.

"Yoluxanların sayının sağalanlarının sayından çox olması vətəndaşların qaydalara əməl etməməsinin göstəricisidir. Müştərilər kafe və restorana maska ilə daxil olmalı, yalnız masa arxasına keçərkən çıxarıla bilər. Masadan kənarlaşdıqda maska taxılmalıdır. Taksilərdə sərnişinlər yalnız arxa oturacaqda oturmalı, sürücü və sərnişin maska taxmalıdır.

Ərzaq satışı yerlərində qaydalara əməl olunmur. Yaxın günlərdə bu sahədə fəaliyyət göstərən obyektlər ciddi nəzarətə götürüləcək. Maskalar həm burunu, həm də ağızı qapalı saxlamalıdır. İnsanlar maska taxsalar da, obyektlərin daxilində çıxarırlar. Bu məsələ bizi çox narahat edir".

Xəbər 3304 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +