Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


13.03.2020  16:43 

Estoniyada fövqəladə vəziyyət elan olundu





A+  A-

Estoniya hökuməti koronavirus pandemiyası səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Estoniyanın Nazirlər Kabineti açıqlama yayıb.

“Qlobal koronavirus pandemiyası və xəstəliyin Estoniyada daha geniş yayılması təhlükəsi ilə bağlı olaraq, hökumət bu ölkədə fövqəladə vəziyyət rejimi elan edir”,- deyə Nazirlər Kabinetinin açıqlamasında bildirilir.

Fövqəladə vəziyyət çərçivəsində bütün ictimai toplantılara qadağa qoyulacaq, məktəblər martın 16-dan distant təhsilə keçəcək, maraq qrupları və bölmələrin işi dayandırılacaq. Sərhəd keçid məntəqələrində, hava limanlarında və limanlarda sanitar nəzarət tətbiq ediləcək, ölkəyə giriş zamanı bütün gələnlərdən gediş marşrutlarını müəyyənləşdirmək üçün anket doldurmaları tələb olunacaq.

Muzeylər və kinoteatrlar mayın 1-nə qədər bağlanacaq. Konsertlər, konfranslar və idman tədbirləri ləğv ediləcək. İctimai palatalar, xəstəxanalar və həbsxanalar ziyarətləri dayandıracaq. Bu tədbirlər iki həftədən bir yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, Estoniyada yeni tip koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb. Ölkədə koronavirus xəstələrinin sayı 27-yə çatıb.

Xəbər 3210 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +