Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


13.01.2020  09:43 

4 min borcu olduğu mağazaya od vurmaq istədi





A+  A-

Sumqayıtda mağazanı yandırmaq istəyən şəxs saxlanılıb.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.

Belə ki, Abbas adlı (soyadı dəqiqləşdirilir-red) şəhər sakini mağazaya yaxınlaşaraq əlindəki benzinlə oranı yandıracağını bildirib. Şahidlərin sözlərinə görə, o, ətrafa benzin töküb. Bundan sonra obyektə od vurmaq istəyib. Lakin yaxınlıqda olan mağaza sahibi onun bu cəhdinin qarşısını alıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat verilib. Əraziyə gələn post patrul xidmətinin əməkdaşları mağazanı yandırmaq istəyən şəxsi yerdə uzanmış vəziyyətdə aşkarlayıblar. Araşdırma zamanı məlum olub ki, o, məsuliyyətdən yayınmaq üçün özünü bu hala salıb. Saxlanılan şəxs Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılaraq müayinədən keçirilib və bundan sonra polis tərəfindən izahatı alınıb.

İlkin məlumata görə, Abbas adlı şəxsin mağaza sahibinə 4000 manat borcu var. O, borcunu qaytara bilmədiyindən bu üsula əl atıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +