Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


31.12.2019  11:09 

Qazaxıstandakı təyyarə qəzasının yeni versiyası açıqlandı





A+  A-

Qazaxıstanın Daxili İşlər Nazirliyinin istintaq qrupu dekabrın 27-də Almatı yaxınlığında “Bek Air” aviaşirkətinə məxsus “Fokker-100” təyyarəsinin qəzaya uğramasına dair yeni versiyanı nəzərdən keçirir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Tengrinews.kz” informasiya portalı xəbər verib.

Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayevin sözlərinə görə, qəzaya səbəb naviqasiya xidmətlərinin işindəki səhvlər ola bilərdi. Daha əvvəlki versiyalar isə ekipaj səhvi və təyyarənin texniki nasazlığı idi. Bundan əlavə, əvvəlcə əlverişsiz hava şəraiti variantı irəli sürülsə də, onu rədd etmişdilər.

Xatırladaq ki, dekabrın 27-də Almatı-Nur-Sultan reysinin təyyarəsinin yerə düşməsi nəticəsində, rəsmi məlumatlara əsasən, 12 nəfər ölüb, 60 nəfərdən çox insan yaralanıb. Hava gəmisinin göyərtəsində ümumilikdə 93 sərnişin və 5 ekipaj üzvü olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, təyyarə qəzası nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar olmayıb.

Xəbər 2796 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +