Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


14.11.2019  13:29 

Tələbə dərsə tüfənglə gəldi - 3 ölü, 2 yaralı





A+  A-

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident yaşanıb.
XəzərNews.az Rusiya KİV-nə istinadla xəbər verir ki, şəhərin İnşaat və Kommunal Kollecinin 19 yaşlı tələbəsi təhsil müəssisəsində adına qeydiyyatda olan ov tüfəngindən atəş açıb.

Dərsə gecikdiyi üçün auditoriyaya buraxılmayan tələbə tüfənglə qayıdaraq tələbə yoldaşlarından birini başından vuraraq öldürüb. Daha 3 nəfəri də yaralayan 19 yaşlı gənc kollecin 2-ci mərtəbəsinə qalxaraq əraziyə gələn polis əməkdaşlarına atəş açıb. Sonra isə auditoriyalardan birində intihar edib.

Son məlumatlara görə yaralılardan biri də dünyasını dəyişib. Beləliklə, Blaqoveşensk şəhərindəki insident zamanı ölü sayı 3-ə çatıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsi 105.2-ci maddə ilə (xuliqanlıq niyyəti ilə 2 və daha çox şəxsi öldürmə) cinayət işi açıb.

Xəbər 3046 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +