Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


07.05.2019  12:57 

Ərdoğan seçkinin ləğvindən danışdı





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda AKP-nin toplantısınıda çıxış edir.
XəzərNews.az xəbər verir ki, dövlət başçısı Ali Seçki Komissiyasının (YSK) İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə dair verdiyi qərarla bağlı danışır.

Ərdoğan çıxışı zamanı bildirib:

“Bu işləri tələsik etmək olmaz. Seçkilərdə ümumilikdə 51,7 faiz səslə qələbə qazandıq. AKP olaraq bu seçkilərdə 15 böyükşəhər, 24 rayon, 516 vilayətdə idarəçiliyi əldə etdik. Millətimiz 1389 bələdiyyənin 758-nin məsuliyyətini bizə həvalə edib.

Ən mübahisəli mövzu İstanbul böyükşəhər Bələdiyyə rəhbərliyinə seçkilər olub. AKP-yə səs verən 15 min seçicinin səsləri oğurlanıb. Etirazlar dəqiqləşdikcə qarşımıza başqa bir mənzərə çıxdı.

Bizə edilən bu haqsızlığın hesabını milli iradə oğrularından soruşmasaq, millətimiz bizdən hesab soracaq. Təqdim etdiyimiz sənədlər olduqca möhkəmdir. İnkarı mümkün olmayan sənədlər var.

Bu işə kirli əllərin müdaxilə etdiyi, məsələnin addım-addım bu nöqtəyə gəldiyi ortadadır. AKP az səs fərqi ilə qələbə qazansaydı və eyni saxtakarlıqlar müəyyən edilsəydi, inanın ki, bizi tənqid atəşinə tutardılar.

Biz qəsb edilən hüquqularımızı bərpa etməyə və saxtakarlığın qarşısını almağa çalışırıq. Biz milli iradəyə hörməti təmin etmək istəyirik”.



Xəbər 2926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +