Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


07.05.2019  10:32 

Füzulinin icra başçısı geniş hesabat iclası keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış edib. Alı Alıyev 2019-cu ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulayıb. Qeyd edib ki, cari ilin birinci rübündə bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olub, əhalimizin həyat səviyyəsi yüksəlib, uğurlarımız artıb.

Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələrdə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.

Hesabat yığıncağında Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə, o cümlədən 2019-cu ilin birinci rübündə Respublikamızda sosial-iqtisadi və digər sahələrdə qazanılmış uğurlardan bəhs edib.

Əflatun Rufiyev əmin olduğunu bildirib ki, Füzuli rayonunda 2019-cu ildə qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, əvvəlki illərlə müqayisədə daha böyük nailiyyətlər qazanılacaq. O, bu işdə rayon əhalisinə ən xoş arzularını bildirib.

İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülüb.

Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Xəbər 2966 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +