Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


02.05.2019  17:43 

“İnsanlar öldürülür, niyə görə bunu seyr etməliyik?”





A+  A-

"Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır. Son illər İslamı terrorla əlaqələndirmək meyli var. Bu islama təhqirdir".
XəzərNews.az xəbər verir ki, bunu İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri V beynəlxalq mədəniyyətlərarası dialoq forumunda çıxış edərkən deyib.

O bildirib ki, İslam sülh, bərabərlik və insan ləyaqətinin qorunmasına xidmət edən dindir. Siz, İslamı terrorizmlə necə əlaqələndirə bilərsiniz?!

‌Biz heç də heç vaxt siyasətçilərə əmin ola bilmərik. Onların bəziləri öz gündəminə uyğun hərəkət edirlər. Əfsuslar olsun ki bu, BMT nizamnaməsinə ziddir. Bu gün dünyanın bir çox şəhərlərində insanlar öldürülür. Əgər siz miqrasiyanın qarşısını almaq istəyirsinizsə, ölkələrin inkişafına dəstək verməlisiniz. Dünyanın aparıcı dövlətlərinin bu problemləri həll etməyə gücü var. Bu gün müxtəlif stereotiplər yaranır və onlar nifrəti təbliğ edirlər. Biz bunların qarşısını almağa çalışmalıyıq. Biz gəmiyə nəzarət etməliyik. Bəzi dəlisov liderlər var ki, onlar bəşəriyyəti ixtilafa aparırlar. Liviyada insanlar öldürülür. Niyə görə biz bunu seyr etməliyik?! Əgər əmin- amanlıq çərçivəsində yaşamaq istəyiriksə, biz bunun qarşısnı vaxtında almalıyıq".

Xəbər 3448 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +