Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


13.04.2019  10:54 

Daha 5 güləşçimiz mübarizəyə başlayır





A+  A-

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.
XəzərNews.az xəbər verir ki, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verəcək. Artıq yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.

60 kq-da yarışan Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi poşalı David Andrey Ersetiç olacaq.

67 kq çəki dərəcəsində güləşən Kamran Məmmədov 1/8 finalmərhələsində Danimarka idmançısı Fredrik Holmquist Byerrehuusla üz-üzə gələcək.

72 kq-da mübarizəyə təsnifat mərhələsindən start verəcək Ülvi Qənizadə ilk görüşünü Moldovadan Anatoli Popova qarşı keçirəcək.

82 kq-da mübarizə aparan Rafiq Hüseynovun 1/8 finaldakı rəqibi macarıstanlı Peter Naqi olacaq.

Orxan Nuriyev də (97 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. Güləşçimiz bu mərhələdə Artur Şahinyan (Ermənistan) / Pontus Yohan Lund (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 2907 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +