Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


16.03.2019  10:21 

Lənkəranda partlayış - Tələbə yaralandı





A+  A-

Lənkəran şəhərində qaz sızmasından partlayış baş verib.
XəzərNews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, partlayış hadisəsi Lənkəran Şəhəri Z.Əliyeva küçəsi 78, bina 3, mənzil 11-də baş verib.

Belə ki, həmin mənzildə kirayə qalan LDU tələbəsi olan Masallı rayonu Zuvand kənd sakini 1997-ci il təvəllüdlü Cəmil Xəlilzadə qazla işləyən su qızdırıcısını alışdırmaq istəyən zaman partlayış olub. Nəticədə C.Xəlilzadə sol qolu, qulaqları, boynunun arxa hissəsi və qismən də üz nahiyəsindən 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alan şəxs tələbə yoldaşları tərəfindən Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Xəbər 3118 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +