Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


18.02.2019  13:26 

Əfvlə bağlı Ramil Usubovla görüşdülər - Göstəriş verdi





A+  A-

Bu gün hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya S. Bənənyarlı məlumat verib. O bildirib ki, görüşün keçirilməsində məqsəd siyahılarında olan məhbuslarla bağlı naziri məlumatlandırmaq olub: “Daha sonra bizə edilən digər müraciətlərlə bağlı fikir mübadiləsi etdik. İşgüzar bir görüş alındı. Bilirsiniz ki, bu günlərdə Əfv Məsələləri Komissiyasının iclası keçirilir. Ramil Usubov məsələlərin araşdırılması üçün göstəriş verdi.

Artıq siyahını Komissiyaya təqdim etmişik. Siyahıda bu günə kimi siyasi məhbus hesab etdiyimiz şəxslərin adı var. Elə insanlar var ki, illərdir ki, adı həmin siyahıdadır. Ümid edirəm ki, bu dəfəki əfv siyahısında onların adını görə biləcəyik. O cümlədən, bu məsələlərlə bağlı, cənab prezident İlham Əliyevə də müraciət etmişik”.

Xəbər 3022 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +