Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


26.12.2018  17:26 

YPX maşını niyə yanıb?





A+  A-

“Yol Patrul Xidmətinin avtomobilinin yanması çox ciddi siqnal olmalıdır”.
XzəərNews.az xəbər verir ki, bunu yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu şəraitdə belə avtomobilin yanması böyük ehtimalla yalnız elektrik şəbəkəsindəki problemdən ola bilər:

“Bu isə o deməkdir ki, avtomobilin elektrik şəbəkəsinə naşı müdaxilə olub. Yollarda hərdən qarşımıza radiator barmaqlığı arxasında sayrışan işıq qoyulmuş patrul avtomobilləri çıxır. Bax, problem də budur. Həmin işıqlar standartda yoxdur deyə, onu zavodda qoymurlar. Sonradan qoyanda isə hansı naqil seçilir, birləşmələr necə olur, məlum deyil. Belə işin naşı icrası isə yolun ortasında avtomobilin alışmasına gətirib çıxara bilər. Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri yoxlanılsın. Belə əlavələrin (işıqlar, səs siqnalı, adi işıq cihazlarına uyğun gəlməyən lampaların qoyulması və s.) hamısı aradan qaldırılsın. Avtomobillərdə yalnız standarta uyğun xüsusi işıq və səs siqnalları saxlanılsın”.

Xəbər 3266 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +