Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


16.11.2018  12:43 

Şərab məsələsi Milli Məclisdə qaldırıldı





A+  A-

“Biz ölkədə istehsal olunan şərabın minimum qiymətini müəyyənləşdirməliyik”.
XəzərNews.az xəbər verir ki, bu təkliflə deputat Musa Quliyev parlamentdə komitə iclasında bildirib.

O bildirib ki, Azərbaycanın bir sıra rayonlarda gözəl şərab zavodları var: “Onların mütəxəssisləri deyir ki, bizdə şərabın maya dəyəri 5-6 manata başa gəlir. Bir də görürsən ki, bizim markanın adı altında hansısa şadlıq evlərində həmin şərab 3 manata qoyulur. Hansı ki, o şərablar həmin şadlıq evinin zirzəmisində hazırlanır. Bu mənada minimum onlara qiymət qoymaq lazımdır ki, həmin zavodlar normal şərablarını sata bilsinlər. Bu zaman büdcəyə vergi ayırmaları da artacaq”.

İclasda həmçinin bir sıra deputatlar tərəfindən alkoqullu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin miqdarının həcminin artırılması da təklif edilib.

Xəbər 3204 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +