Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


25.09.2018  17:54 

Azərbaycan ABŞ-la birlikdə hərbi təlimlərə qatılacaq





A+  A-

Türkiyə, Azərbaycan və ABŞ hərbçiləri ilə birgə Aralıq dənizində hərbi təlimlərə başlayacaq.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, birgə keçiriləcək hərbi təlimlər sentyabrın 28-də başlayacaq və oktyabrın 7-nə kimi davam edəcək.

Baş Qərargah tərəfindən edilən şərhə görə, təlimlər Türkiyənin ev sahibliyi ilə Aralıq dənizinin şərqində keçiriləcək.

Təlimlərə NATO ölkələri ilə yanaşı Azərbaycan, Türkiyə, ABŞ, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanın da qatılacağı məlum olub.

“Mavi balina – 2018” adlanan təlimlərdə iştirakçı ölkələrin döyüş gəmiləri və dəniz aviasiyasından istifadə ediləcək.

Manevrlər zamanı hərbçilər dəniz altı, dəniz üstü və havadan həyata keçiriləcək əməliyyatların birgə koordinasiyası aparılacaq.

Türkiyə tərəfindən təlimlərdə 4 ədəd freqat, 5 ədəd sualtı qayıq, 2 ədəd korvet, patrul katerləri, üç mühafizə təyyarəsi və 6 helikopter iştirak edəcək.

Xəbər 3040 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +