Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


03.07.2018  16:54 

“Hər bir vətəndaşın bizə irad bildirmək haqqı var”





A+  A-

"Bütün mənbələr hesabına gün sonuna kimi ölkədə elektrik enerjisinin verilməsi 100% təmin olunacaq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlı "BBC Azərbaycanca"nın canlı efirinə qonaq olan zaman deyib. Katib bildirib ki, balaca bir qəza baş versə belə stansiya istehsal etdiyi elektrik enerjisini ötürə bilmir və iş kökündən dayanır:

“Azərbaycanın elektrik enerjisi baxımından Mingəçevirdən asılı olması fikri absurddur. Son 10 ildə xeyli istilik və su elektrik stansiyaları tikilib istifadəyə verilib. Bu da regionlar üzrə bölünüb. Hazırda ölkəmizdə elektrik stansiyası olmayan region yoxdur. Sadəcə olaraq ölkənin enerji sistemini idarə edən vahid bir mərkəz var. Odur ki, vahid enerji sistemi olduğu üçün Mingəçevirdə problem yaşanan zaman bu bütün ölkəyə təsirsiz ötüşmür.

Mən əminəm ki, bu qəza ciddi bir təhlili ortaya qoyacaq. Biz də sığortalana bilmərik ki, nöqsansızıq. Nə səhvimiz varsa, gələcəkdə düzəltməyə çalışacağıq.

Bu qəza nəticəsində bir an belə qaranlıqda qalan hər bir Azərbaycan vətəndaşının bizə irad bildirmək haqqı var. Hazırda tam gücümüzlə problemi həll etməyə, qəzanı aradan qaldırmağa çalışırıq”.

Xəbər 3392 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +