Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


16.03.2018  12:34 

Diaspor təşkilatı “ADR 100” yubiley ordeni təsis etdi - UKRAYNADA





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyəti Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib.
UABD-dən XəzərNews.az-a verilən məlumata görə, Tədbirlər planı Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunacaq.

UABD İdarə Heyəti ilk olaraq “ADR 100” yubiley ordeninin təsis edilməsi haqqında qərar verib. “ADR 100” yubley ordeni UABD ilə uzun illərdir əməkdaşlıq şəraitində Azərbaycan dövlətinin tanıdılması, onun uğurlarının təbliği istiqamətində birgə çalışan siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat, idman sahəsində fərqlənən ictimai və siyasi xadimlərə təqdim olunacaq. Ordenin konkret hansı şəxslərə verilməsi barədə qərarı da UABD İdarə Heyəti verəcək.

Bir dəfə hazırlanan orden 100 ədəd olacaq və eyni sayda fərqlənən həm yerli, həm də xarici vətəndaşlara təqdim olunacaq.

Ordenin 100-cü nömrəsi xatirə kimi saxlanılması üçün Kiyev şəhərində fəaliyyət göstərən Medal Fonduna təqdim olunacaq.

Xəbər 3958 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +