Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


16.03.2018  09:35 

Baş nazir maaşlarla bağlı qərarı dəyişdi





A+  A-

Baş nazir Artur Rasizadə “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan prezidentinin 2018-ci il 3 mart tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə edilib.

1. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-19 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilsin.

2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19-cu əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödənilsin.

Dəyişiklikdə həmçinin qeyd olunur ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı 3-cü hissəsi istisna olmaqla ləğv edilir.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Xəbər 3056 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +