Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


13.02.2018  17:46 

Fazil Mustafa AzTV və İTV-ni tənqid etdi





A+  A-

Millət vəkili Fazil Mustafa dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da əlillərin metrodan pulsuz istifadə etməsini təklif edib.
XəzərNews.az xəbər verir ki, millət vəkili bu təklifini parlamentin plenar iclasında "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib:

"Əlillər üçün bir sıra əlavə imtiyazlar nəzərdə tutulmalıdır. Məsələn, dünyanın bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da əlillərin metrodan pulsuz istifadəsi hüququ reallaşdırılmalıdır".

Millət vəkili eyni zamanda, əlil uşaqlarla bağlı Fondun yaradılmasını təklif edib:

"Çünki elə əlil uşaqlar var ki, onların ölkə daxilində müalicəsi mümkün deyil, onlar mütləq xaricdə müalicə olunmalıdırlar. Ona görə Fond yaradılmalıdır ki, belə uşaqlara kömək edilsin, onlar müalicə üçün xaricə göndərilə bilsin".

F. Mustafa eyni zamanda AzTV və İTV-dən narazılığını bildirib:

"Təəssüf edirəm ki, dövlət büdcəsindən maliyyələşdirilməyə layiq olmayan bu televiziyalarda əlillərin maarifləndirilməsi üçün heç nə nəzərdə tutulmur. Hansı ki, bunun üçün pul ayrılır, amma heç bir iş görülmür".

Xəbər 3024 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +