MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib


17.09.2017  13:21 

AZAL təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yaydı





A+  A-

"Azərbaycan Hava Yolları" QSC ötən gün təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb.
XəzərNews.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı (LHR) tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub.
"Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsi planlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digər aviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldə yerləşdirilib.
Reysin statusunu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında izləmək mümkündür: www.airport.az
Yaranan narahatlığa görə üzr istəyirik!", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, təyyarənin sənədlərində problem olduğundan reys təxirə salınıb.
Eyni zamanda, sərnişinlər əvvəlcədən heç bir xəbərdarlıq almadığı üçün hava limanına gedərək saatlarla orada gözləməli olublar.

Xəbər 2727 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +