Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


01.08.2017  17:46 

Azərbaycanda kibercinayətkarlar ifşa olundu





A+  A-

Daxili işlər orqanları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində keçirilən xüsusi əməliyyat tədbiri uğurla nəticələnib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu günlərdə baş tutan əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.

İlkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri qanunsuz əldə etdikləri xarici ölkə vətəndaşlarına aid bank kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank hesablarından oğurluq etməyə cəhd göstəriblər.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci (elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur Ağayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs ediliblər.

Hazırda onların analoji cinayət əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +