Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


01.06.2017  09:35 

Qaxda “Jiquli” ağaca çırpılıb - 2 ölü, 2 yaralı





A+  A-

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az APA-ya istinadən xəbnər verir ki, ötən gecə saat 01:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Məmməd oğlu Ramazanovun idarə etdiyi “VAZ 2109” markalı 62 BH 557 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin, sürücünün həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan İbo oğlu Muradov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər sərnişinlər, sürücünün həmkəndliləri 1988-ci il təvəllüdlü Həsrət Cabrayıl oğlu Kərimov və 1977-ci il təvəllüdlü İlqar İslam oğlu Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Qax MRX-dan bildirilib ki, onlar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər 3279 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +