Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


03.05.2017  11:29 

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək





A+  A-

6 ildir ki, müəllimlərin işə qəbulu prosesi Təhsil Nazirliyi tərəfindən imtahan yolu ilə həyata keçirilir. Bu il müəllimlərin işə qəbulu prosesi necə aparılacaq?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında deyib ki, müəllimlərin işə qəbulu prosesi bu il də mərkəzləşdirilmiş qaydada aparılacaq.

“Müəllimlərin işə qəbulu bir neçə ildir ki, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Təhsil Nazirliyi hər tədris ilinin sonunda bölgələrdən və yerlərdən vakant yerlər haqqında məlumat alır və növbəti il üçün hansı yerlərdə vakansiya olacağı barədə məlumat əldə edilir. Daha sonra həmin vakansiyalar elan olunur. Bu elanın əsasında yer dəyişmək istəyən müəllimlər və ya müəllim kimi fəaliyyətə başlamaq istəyənlər vakansiyaları seçərək könüllü qaydada harada işləmək istədiklərini bildirir və mərkəzləşdirilmiş imtahandan keçirlər. Ötən il 3000-dən artıq müəllim işə qəbul olunub. Bu il də vakansiyalar bəlli olduqdan sonra iyulun əvvəlində elan veriləcək. Məktəblər yay tətilinə çıxandan sonra hansı rayon və şəhər məktəblərində nə qədər boş yerin olacağı bilinəcək”.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən il bir yerə 9-10 iddiaçı olub.

“Ötən il təxminən 33.000 nəfər müəllim olmaq üçün müraciət etmişdisə, onlardan 29.000 nəfəri öz ərizələrini təsdiq etmişdi. 3000 nəfər isə müəllim kimi fəaliyyətə başlayıb. Bu o deməkdir ki, bir yerə 9-10 nəfər iddiaçı olub. Bu, böyük bir rəqabətdir. Rəqabət böyük olduğuna görə müsabiqə balları da yüksək idi”.

(modern.az)

Xəbər 2968 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +