Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


17.04.2017  22:18 

İstirahət mərkəzində işləyən fəhlənin pulu 2 ildir verilmir – VİDEO





A+  A-

Xaçmaz şəhər sakini obyektlərin birində fəhlə kimi işləyib, amma 2 ildir ki, pulunu ala bilmir.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 29 yaşlı Əbülfəz Ağayev Nabran İstirahət Zonasında yerləşən istirahət mərkəzlərinin birinin tikintisində suvaq işini görüb.2015-ci ilin iyun ayından bəri obyekt sahibindən zəhmət haqqını ala bilmədiyini deyir. Əbülfəz Ağayevin sözlərinə görə, onunla obyekt sahibinin arasında hər hansı rəsmi razılaşma olmayıb. İstirahət Mərkəzinin tikdirən şəxs ona 190 manat versə də, qalan 385 manatı bu günə kimi ala bilmir.
Əbülfəz Ağayevin çalışdığı zamanda iş icraçısı olan Xaçmaz rayonunun Manafoba kənd sakini Elbrus Piriyev isə, obyekt sahibinin onlara verməli pulu ödədiyini qeyd edir. Lakin Əbülfəz Ağayevə obyekt sahibi şəxsən pul verdiyindən iş icraçısına verilən pula daxil edilməyib.
İstirahət mərkəzini tikdirən Surə Salahlı bildirir ki, o sadəcə iş icraçılarına pul verib. İşçilər də əmək haqqını iş icraçılarından alıb. İş icraçısı isə deyir ki, ona pul verilməyib. Əbülfəz Ağayev isə ortada qalıb.
Pulunu ala bilməyən fəhlə rəsmi sənəd olmadığına görə çarəsiz durumdadır.


Xəbər 5905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +