Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


08.10.2025  12:00 

Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.

Əldə etdiyimiz digər məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir.

Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs isə ittihamla razı deyil. Onun vəkili hesab edir ki, tərəflər birgə iş görüblər, sonda da bəzi haqq-hesablar düz gəlməyib. Yəni işdə cinayət tərkibi hesab oluna biləcək bir hal yoxdur.

Kapitana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Dəymiş ziyan ödənilmədiyi halda, bu maddə ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumat üçün bildirək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən R.Zeynalov hazırda heç bir dövlət qurumunda çalışmır, onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.


Xəbər 4038 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +