Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


02.10.2025  17:00 

Vüsal Aslanov rəisi işdən çıxardı





A+  A-

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. Tərlan Həsənli öz ərizəsi ilə vəzifələrindən azad olunub.

Qeyd edək ki, bu ilin avqust ayında Qaynarinfo "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənlinin işdən çıxması ilə bağlı məlumat yaymışdı. Lakin "Bakı Metropoliteni" Asəf İsgəndərlinin işdən ayrılmasını təsdiqləsə də, Tərlan Həsənli ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Əldə etdiyimiz məlumata görə, Asəf İsgəndərli "ATS Food" MMC-də baş maliyyə direktoru, Tərlan Həsənli isə "Agro Chain" MMC-nin baş icraçı direktoru təyin edilib./Qaynarinfo

Xəbər 4496 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +