Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


22.09.2025  18:42 

Ankara-Bakı reysi niyə təcili eniş edib?





A+  A-

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

XəzərNews.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.

Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Teleqram kanalları Heydər Əliyev Beynəlxalq Hava Limanında bomba təhlükəsi ilə bağlı sərnişinlərin və personalın evakuasiya olunduğu haqda məlumat yaymışdı.

Xəbər 3543 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +