Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


12.09.2025  14:45 

Taksi sürücüsü gediş haqqına görə sərnişini döydü





A+  A-

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döyüb.

XəzərNews.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

24 yaşlı Fərdi Hümbətovun (ad və soyad şərtidir) taksi kimi idarə etdiyi “Toyota” markalı avtomobilə əyləşən sərnişin gedişhaqqını tam ödəməyib. Buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman sərnişin sürücünü söyüb. Bundan hiddətlənən Fərid sərnişinə yumruq və təpiklə zərbələr vurub. Nəticədə zərərçəkənin çənəsi əzilərək, şişib.

Bu hərəkətinə görə, Fərid Hümbətov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən Fəridi bağışladığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini xahiş edib.

Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Fərid Hümbətov barəsində açılan cinayət işinə xitam verilib./Lent.az

Xəbər 2601 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +