Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


06.08.2025  12:00 

Deputat oğlu Azərbaycanda “Espressolab” açıb





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin rəhbərlik etdiyi yeni şirkət təsis olunub.

XəzərNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, qanuni təmsilçisi Şahin Paşazadə olan “Espressolab Az” MMC (VÖEN – 1507211701 ) may ayının 26-da dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 20 manat olan “Espressolab Az” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ak. Murtuza Nağıyev, ev.D1 10-da yerləşir.

Məlumat üçün bildirək ki, “Espressolab Az” MMC-nin hansı sahədə fəaliyyət göstərəcəyi barədə məlumat verilməyib.

Onu da qeyd edək ki, “Espressolab” Türkiyədə qəhvə satışı ilə məşğul olan məşhur kofeşop şəbəkəsinin adıdır. Verilən məlumata görə, “Espressolab”ın 11 ölkədə 335 şöbəsi fəaliyyət göstərir. Türkiyədən başqa, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İtaliya, Böyük Britaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də filialları mövcuddur. Bir neçə ay əvvəl “Espressolab” sosial mediada “boykot” çağırışları ilə gündəmə gəlib. Türkiyədə əsas müxalifət partiyası olan CHP-nin sədri Özgür Özəl insanları “Espressolab”a getməməyə çağırıb.


Xəbər 1623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +