Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


14.07.2025  11:24 

Abbas şikayətini geri götürmək üçün pul alıb





A+  A-

Xəbər verdiyimiz kimi, musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb.

Aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində məsələ ilə bağlı maddiyat tələb olunduğunu deyib. O bildirib ki, istənilən pulu müğənni Rəqsanə İsmayılova ödəyib:

"Burada bir neçə məsələ və maddi tərəflər var idi. Rəqsanə maddi tərəfi üzərinə götürdü. Dedi ki, onları ödəyəcəyəm, ərizə geri götürülsün. Gərək ərizə olardı ki, məhkəməyə cəhd göstərə bilərdik. İndi barışıq ərizəsi yazıldı".

T.Səmədovanın məhkəməsi iyulun 30-da olacaq.

Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.

Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır./Axşam.az


Xəbər 1230 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +