Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


13.03.2024  09:17 

“Barselona” və “Arsenal” 1/4 finalda





A+  A-

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Barselona” komandası evdə İtaliya “Napoli”sini 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib.

Xəzərnews.az xəbər verir ki, “Barselona”nın qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. “Napoli”də isə Amir Rrahmani (30) topu rəqibin qapısından keçirib.

Qeyd edək ki, ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.

İngiltərənin “Arsenal” futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Portu” klubunu darmadağın edib. Görüş Londonda baş tutub. İlk görüş Porto-nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçının əsas vaxtı da eyni hesabla “Arsenal”ın xeyrinə yekunlaşıb. Əlavə vaxtda rəqiblər qol vura bilməyib, penaltilər seriyasında isə London komandası daha güclü olub - 4:2.

Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin “Mançester Siti”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya” və Fransanın “Paris Sen-Jermen” klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9- 10-da, cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Xəbər 5608 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +