Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək
İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...


29.07.2017  18:46 

Müdafiə Nazirliyindən “Tofiq İbrahimov”la bağlı bəyanat





A+  A-

“Son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə düşmən planlaşdırılmış təxribatlar həyata keçirir. Belə tədbirlərdən biri də Ermənistan tərəfindən sosial şəbəkələrdə azərbaycanlı adı altında saxta profillər yaratmaqla guya Azərbaycan Ordusunda müxtəlif hadisələrin baş verdiyini iddia edən yalan məlumatların vaxtaşırı yayılmasıdır”.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Açıqlamaya əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbər yayan “Tofiq İbrahimov” adlı "Facebook" profili Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq idarə edilir, həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin Silahlı Qüvvələrə heç bir aidiyyəti yoxdur: “Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən bu kimi xəbərlərin gələcəkdə də yayılması istisna edilmir. Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu cür təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırırıq”.

Xəbər 2887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +