Azərbaycanlının film nümayişi ləğv olunub - Rusiyada
Britaniya bu prosesdə geri qalmaq istəmir - Siyasi şərhçi
Sabahın havası: Yağmursuz keçəcək
Saray Bağlarında 10-15 ildir kanalizasiya yoxdur - Şikayət
Tacir Şahmalıoğlu Fərhad Bədəlbəylini ittiham etdi
Kərə yağı Azərbaycanda 35% bahalaşıb
Ukraynaya 10 milyon əmək miqrantı cəlb edilməlidir
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
Adəm İsmayıl borc qarşlığında partiya satın alıb? - İddia
İcra başçısı vəfat etdi -FOTO


07.09.2019  14:19 

Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama





A+  A-

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, Ə.Əhmədov qeyd edib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir: “Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış şəraiti, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var".

Baş nazirin müavini vurğulayıb ki, hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına məqsəd qoyub:

"Hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Ailələri ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. O zaman hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərəcək. Əks halda biz bütün ailələrə yardım versək, onların hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki çox olmayacaqd. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaq, işlə təmin etmək faydalıdır”.

Xəbər 3058 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı

14.10.2025  10:02 

Bakıda “Rang Rover” yandı

13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +