Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi


06.09.2019  11:27 

“PAŞA Bank” deputatın oğlunu məhkəməyə verdi





A+  A-

Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.
XəzərNews.az FED.az-a istinadən xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

E.Ağamalı sayta açıqlamasında qeyd edib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".

Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalvasiya nəticəsində çətinliklərlə üzləşib.

Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikləri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: "Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamlaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik".

Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: ""PAŞA bank"ın məhkəmə müraciətindən sonra da, əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək".

O qeyd edib ki, bankın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: "Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq".

Xəbər 2905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +